Press "Enter" to skip to content

Tarixi artefakt Azərbaycana qaytarılıb

Son yeniləmə: 19 İyul 2022 17:11

Bayraqdar.info – Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, fəal diaspor üzvlərindən biri Yeganə Salman Milli Azərbaycan Tarixi Muzeyində olub.

Bu barədə bayraqdar.info-ya iyulun 16-da Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, muzeyin icraçı direktoru Fərhad Cabbarovla görüşən Yeganə Salman ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandan İsrailə köçən bir soydaş tərəfindən aparılan tarixi artefaktı – saxsı badyanı muzeyə hədiyyə edib: “Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. II minilliyin sonu – I minilliyin əvvəlləri) aid olan bu badyanın muzeyin zəngin arxeoloji kolleksiyasında yer alacağını deyən F.Cabbarov Azərbaycanın qədim tarixinin bir parçası olan eksponatı Vətənə qaytardığına görə Yeganə xanıma öz təşəkkürünü bildirib və İsraildə Azərbaycan mədəniyyətinin tanıdılması üçün gördüyü işlərdə ona uğurlar arzulayıb”.

Mission News Theme by Compete Themes.