Son yeniləmə: 16 İyul 2022 10:04
Bayraqdar.info – 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonunun Hövsan qəsəbəsində Südçülük yaşayış massivinin məhəllədaxili yollarında təmir işləri aparılır.
Bu barədə bayraqdar.info-ya Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata əsasən uzunluğu 1000 metr, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi: “Yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol yatağının və küçənin profilə salınması işləri görülür. Sonda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. “İnvestisiya Proqramına”na əsasən, cari il ərzində Hövsan qəsəbəsi ərazisində ümumi uzunluğu 4,5 kilometr olan küçənin təmiri nəzərdə tutulub”.