Press "Enter" to skip to content

Ceyhun Bayramov İrakli Qaribaşvili ilə görüşüb

Ceyhun Bayramov və İrakli Qaribaşvili

Bayraqdar.info – İyulun 16-da xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, nazir C.Bayramov dəvətə görə təşəkkür edərək, Azərbaycan Prezidenti və Baş naziri adından Gürcüstan Baş nazirinə ən xoş salamlarını çatdırıb: “Azərbaycan ilə Gürcüstan arasında mövcud olan ənənəvi dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib. Nazir iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb”.

Gürcüstanın Baş naziri İ.Qaribaşvili öz növbəsində Azərbaycan Prezidentinə və Baş nazirinə dərin ehtiramla salamlarını çatdırıb, ikitərəfli əlaqələrin dinamik şəkildə inkişafından məmnunluğunu ifadə edib.
Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu bir dönəmdə iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və sair sahələrdə əməkdaşlığın inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Məlumata əsasən, nazir C.Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə ev sahibliyinə görə Gürcüstan tərəfinə təşəkkür edərək, postmünaqişə mərhələsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib: “Baş nazir İrakli Qaribaşvili sülhün əldə edilməsi səylərini alqışladıqlarını və Gürcüstanın bu prosesi dəstəklədiyini, bu xüsusda ev sahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”.

Mission News Theme by Compete Themes.