Son yeniləmə: 16 İyul 2022 14:46
Bayraqdar.info – 2022-ci ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına 6 milyon 829 min 935 müraciət qeydə alınıb.
Bu barədə bayraqdar.info-ya Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumata verilib.
Məlumata görə, 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır: “Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilir, yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirir. “Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edərək 1 milyon 202 min 400-ə çatıb”.