Press "Enter" to skip to content

Laçın yaylaqlarında monitorinqlər

Monitorinqlər zamanı

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi Laçın yaylaqlarına köç etmiş təsərrüfatların mövcud durumu ilə bağlı monitorinqlər aparır.

Bu barədə bayraqdar.info-ya iyulun 15-də Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Bəzi təsərrüfatlarda ilk bal süzümü həyata keçirilib

Bildirilib ki, bu il Laçın yaylaqlarına ümumilikdə 239 arıçılıq təsərrüfatı köçürülüb: “Təsərrüfatlar 24 kəndin ərazisində yerləşdirilib. Arı ailələrinin yaylaqlara aparılmasına may ayından start verilib, arıçı fermerlər tərəfindən yaylaqlara 15 min 100 arı ailəsi aparılıb”.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları təsərrüfatların vəziyyəti ilə tanış olub
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları təsərrüfatların vəziyyəti ilə tanış olub

Qeyd edilib ki, artıq bəzi təsərrüfatlarda ilk bal süzümü həyata keçirilib: “Laçın yaylaqlarında kütləvi bal süzümünə iyul aylarının sonlarında başlanacaq. Yaylaqların zəngin bitki örtüyü bura köç etmiş təsərrüfatlarda ən azı iki dəfə bal süzməyə imkan verir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları təsərrüfatların vəziyyəti ilə tanış olub, məhsuldarlıq göstəriciləri ilə maraqlanıb, arıçı fermerlərin təkliflərini qeydə alıblar. Monitorinqlər davam edir”.

Mission News Theme by Compete Themes.