Son yeniləmə: 15 İyul 2022 14:55
Bayraqdar.info – Güney Azərbaycan türklərinə qarşı olmazın təzyiqlər edən İranın fars-molla rejimi bütün çirkin əməllərə əl atır.
Urmu gölünün qurudulması da bu sıraya aiddir. Bəlli olduğu kimi, Güney Azərbaycanın ən mühüm təbii su hövzəsi olan Urmu (Urmiya) gölünün İranı idarə edən fars-molla rejiminin təqsiri üzündən quruması bütün dünya Azərbaycanlılarını və onların dostlarını ayağa qaldırıb. Eyni zamanda, Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Urmu gölünün kritik durumu və millətin etirazları ilə bağlı Bildiriş yayımlayıb.
Bildirişdə də vurğulandığı kimi, Urmu gölünün quruma problemi bir daha faciəvi bir həddə çatıb və artıq geri dönülməz bir hal almaqdadır. Bildirilib ki, Urmu gölünün tamamı ilə quruması halında, başda Təbriz şəhəri olmaqla Güney Azərbaycanın böyük hissəsi yaşanılmaz bir hala gələcək və miyonlarca Azərbaycanlı öz ana yurdundan didərgin düşəcək və bəlkə də Güney Azərbaycan tarix səhnəsindən silinəcək.
Bu arada isə Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Urmu gölünün qurudulmasına etiraz olaraq xalqı kütləvi aksiyaya çağırıb.
Bu barədə Araz News məlumat yayıb. Məlumata əsasən, çağırışda iyulun 16-da yerli vaxtla saat 18:00-da ümumi etiraz aksiyalarının keçirilməsinə qərar verildiyi bildirilib.
[…] İyulun 16-da Güney Azərbaycanı Urmu gölü etirazları bürüyəcək […]