Press "Enter" to skip to content

İsveç səfiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda

Görüş zamanı

Son yeniləmə: 15 İyul 2022 16:49

Bayraqdar.info – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveç Krallığının Azərbaycanda və Qırğızıstanda səfiri Kristian Kamill ilə ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Fonddan verilən məlumata görə, görüş zamanı Fondun prezidenti Günay Əfəndiyeva dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşdırılmasının vacibliyindən bəhs edərək, bu istiqamətdə təşkilatın əməkdaşlıq etdiyi ölkələr sırasında İsveç Krallığının olmasından məmnunluq duyduğunu söyləyib: “O, Fond ilə İsveç Krallığının Azərbaycandakı səfirliyi arasında mövcud əlaqələrdən söz açaraq, münasibətlərin daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb. Günay Əfəndiyeva səfirin fəaliyyət müddətində göstərdiyi səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib”.

Səfir K.Kamill diplomatik missiyasını icra etdiyi müddət ərzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə qarşılıqlı tərəfdaşlığın rolundan danışıb: “Səfir təmsil etdiyi ölkənin digər xalqların mədəni irsinə göstərdiyi marağı nəzərə çatdıraraq, Fond tərəfindən təşkil olunan tədbirlərdə hər zaman böyük həvəslə iştirak etdiyini dilə gətirib. O, türk dünyasının zəngin mədəniyyətinin və incəsənətinin təbliğ olunmasına təşkilatın xüsusi töhfələr verdiyini bildirib”.

Görüşdə İsveç ilə təşkilata üzv və müşahidəçi ölkələrin mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə olunub.

Mission News Theme by Compete Themes.