Press "Enter" to skip to content

İran və Ermənistan: Sevincdə də, kədər də bir yerdə

Ermənistan və İran nazirlərinin görüşü

Bayraqdar.info – Fars-molla rejiminin idarə etdiyi İranın Ekologiya Təşkilatının sədri Əli Səlaceqe ekologiya nazirlərinin regional iclası çərçivəsində Ermənistanın ekologiya naziri ilə görüşüb.

İran və Ermənistanın tarixi və mədəni köklərinə toxunan Səlaceqe deyib: “Biz hesab edirik ki, dil fərqi İran və Ermənistan xalqlarını bir-birindən ayıra bilməz. Necə ki, ölkəmizdə yaşayan əziz erməni soydaşlarımız İran vətəndaşlığının bütün hüquq və üstünlüklərindən yararlanırlar”.

O əlavə edib: “Biz qonşu ölkələr sevincdə də, kədərdə də bir yerdə olmalı, xalqlarımız bu dostluğun, mehribanlığın sayəsində xoş günlər yaşamalıdırlar”.

Ermənistan tərəfindən Araz çayının suyunun daim çirkləndirilməsinə göz yuman iranlı nazir ölkəsinin ekoloji problemlərlə bağlı dəyərli təcrübəsinin olduğunu iddia edib, İranın bu təcrübəni region ölkələri ilə, o cümlədən “dost və qardaş” Ermənistanla bölüşməyə hazır olduğunu bildirib.

Görüşdə Ermənistanın ekologiya naziri Hakob Simidyan da İran və Ermənistan arasında müxtəlif sahələrdə geniş əməkdaşlığın olmasına toxunub.

Uzun illərdir işğalçı Ermənistanın Araz çayına müxtəlif zəhərli maddələr axıdaraq çayın flora və faunasına, həm də ətraf bölgələrə ciddi ziyan vurduğu bir halda, erməni nazir Arazın suyunun keyfiyyətinin və kəmiyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görmək əzmində olduqlarını iddia edib.

Xəbəri iyulun 15-də “Azad İran” Telegram kanalı JavanOnline nəşrinə istinadla yayıb.

Mission News Theme by Compete Themes.