Bayraqdar.info – “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqi əmək münasibətlərinin tənzimlənməsi və bu sahədə tətbiq edilən kargüzarlığın elektronlaşdırılması istiqamətində bir sıra dəyişiklikləri nəzərdə tutub. ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni dəstək mexanizmini formalaşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya iyulun 15-də verilən məlumata əsasn bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müvafiq mövzuya həsr olunmuş iclasda bildirib.
Qeyd edilib ki, iclasda ƏMAS-ın funksionallığının artırılması, yeni bölmələrin yaradılması və fəaliyyətinin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb: “Həmçinin bildirilib ki, əmək münasibətləri sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də işlər həyata keçirilir. Bu addımlar həm işçilərin əmək hüquqlarının təminatında, həm də işəgötürənlərə qanunvericiliyin icrası prosesində dəstək məqsədi daşıyır”.