Press "Enter" to skip to content

Daha 170-ə yaxın şəhid ailəsi və qazi aktivlərlə təmin edilib

Son yeniləmə: 15 İyul 2022 14:49

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir.

Bu barədə bayraqdar.info-ya iyulun 15-də Agentlikdən məlumat verilib.

Bildirilib ki, iyulun 15-də daha bir qrup qazi proqram çərçivəsində seçdikləri biznes istiqamətlər üzrə mal və materiallarla təmin olunublar: “Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Son 1 həftə ərzində isə Agentlik tərəfindən bu kateqoriyadan olan 170 şəxsə aktivlər təqdim edilib. Ümumilikdə Agentlik tərəfindən cari ilin ötən dövrü ərzində 915 şəhid ailəsi, qazi və onun ailə üzvünün özünüməşğulluq proqramına cəlb olunması və onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib”.

Qeyd edilib ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.

Mission News Theme by Compete Themes.