Recep Tayyip Erdoğan: 15 iyulun ildönümündə İstanbul Saraçhane Meydanında olacağıq
Bayraqdar.info – İyulun 15-də qardaş Türkiyədə FETÖ terror təşkilatının dövlət çevrilişi cəhdinin 6-cı ili tamam olur. Düz 6 il əvvəl olduğu kimi bu gün də bütün Türkiyə bir yumruq olub meydanlara çıxacaq, ay-ulduzlu bayrağın altında bir daha terrora və terroçulara lənət oxuyacaq.
Məlumat üçün bildirək ki, 15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günüdür (15 Temmuz Demokrasi ve Millî Birlik Günü).
Qeyd edək ki, bu il 15 iyul tədbirlərinin əsas şüarı kimi “Türkiye Aşkına” seçilib. Yəni, bu gün 15 iyul dövlət çevrilişinin 6-cı ildönümü ilə bağlı həm Türkiyənin daxilində, həm da xarici ölkələrdə bütün tədbirlər “Türkiye Aşkına” şüarı ilə keçiriləcək.
Çevrilişə cəhdin 6 illiyi ilə bağlı ana tədbir isə İstanbul Saraçhane Meydanında olacaq. Artıq Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan özünün sosial şəbəkə hesablarından bununla bağlı paylaşım da edib. Paylaşımda 15 iyulun ildönümündə İstanbul Saraçhane meydanında olacağı bildirilir: “Bütün vətəndaşlarımı şanlı mübarizəmizi və əziz şəhidlərimizi yad edəcəyimiz toplantımıza dəvət edirəm”.
Darbe girişiminden büyük bir destana tebdil ettiğimiz, vatanımıza uzanan habis elleri boşa çıkardığımız 15 Temmuz’un yıl dönümünde İstanbul Saraçhane Meydanı’nda olacağız.
Şanlı mücadelemizi ve aziz şehitlerimizi yâd edeceğimiz buluşmamıza tüm vatandaşlarımı davet ediyorum. 🇹🇷 pic.twitter.com/RaA5jgCqwA
— Recep Tayyip Erdoğan (@RTErdogan) July 14, 2022
Bu arada R.T.Erdoğanın 15 iyulla bağlı proqramı bəlli olub. Bununla bağlı məlumatda deyilir ki, Cumhurbaşkanlığı İletişim Başkanlığı tərəfindən 15 iyulda “Türkiye Aşkına” şüarı ilə ölkə daxilində və xaricdə genişmiqyaslı tədbirlər keçiriləcək.
Bu çərçivədə Cümhurbaşqanı Recep Tayyip Erdoğan, ilk növbədə, qazilər və şəhid yaxınları ilə birlikdə Cümhurbaşqanlığı Külliyesindəki 15 Temmuz Anıtı önünə gül dəstələri qoyacaq.
Millət məscidində qılınacaq cümə namazı və Hatm-i Şərif proqramından sonra R.T.Erdoğan Türkiyə Böyük Millət Məclisinə gedəcək. Cümhurbaşqanı orada 15 Temmuz Anıtı önünə əklil qoyacaq, daha sonra İstanbula yola düşəcək.
R.T.Erdoğanın axşam saatlarında İstanbul Saraçhane meydanında 15 iyul Demokratiya və Milli Birlik Günü proqramına qatılaraq xalqa müraciət edəcəyi gözlənilir.
Məlumatda o da qeyd edilir ki, Cumhurbaşkanlığı İletişim Başkanlığının rəhbrəliyi il təşkil olunan tədbirlər çərçivəsində FETÖ-nü bütün yönləri ilə izah edən, millətin müqavimətini, dövlətin mübarizəsini, demokratiyanın zəfərini vurğulayan türk və ingilis dillərində filmlər, videolar, kliplər və sənədli filmlər nümayiş etdiriləcək. Ölkə daxilində açıq havada və rəqəmsal ortamlarda 15 iyul mövzusu ilə bağlı fəaliyyətlər reallaşdırılacaq.
İstanbulda Saraçhane, Beşiktaş, Üsküdar və İstanbul Hava Limanında, Ankarada Ulus Meydanı, Kentpark AVM qarşısında, İzmirdə Kızılay Meydanı və Konak Meydanında led ekranlarda 15 iyulla bağlı verilişlər nümayiş etdiriləcək. İyulun 15-nə diqqət çəkmək üçün Nyu Yorkda mobil led şoular keçiriləcək.
Basın İlan Kurumu tərəfindən Marmaray Yenikapı Stansiyasında bu günə həsr edilmiş sərgi keçiriləcək. Həmçinin Cumhurbaşkanlığı İletişim Başkanlığı İstanbul, Ankara, İzmir, Eskişehr, Konya, Kayseri, Qaziantep, Sivas, Trabzon, Kahramanmaraş və Erzurumda üç günlük foto sərgiləri təşkil edəcək.
Digər tərəfdən, Diyanət İşləri Başqanlığının koordinasiyası ilə iyulun 15-də bütün məscidlərdə dualar oxunacaq. İyulun 15-də Galata Qülləsi, Haydarpaşa Vağzalında və Atatürk Mədəniyyət Mərkəzində video xəritə nümayişi də olacaq. Həmin gün TRT 1-də Şafak Vakti filmi, TRT Muzik ekranlarında isə “Fahir Atakoğlu ilə 15 iyul dastan” konsert proqramə yayınlanacaq.
Bu arada daxili işlər naziri Süleyman Soylu da 15 iyulla bağlı paylaşım edib. Paylaşımda deyilir: “Saraçhanenin hekayəsi başqadır! 27 may 1960-cı il çevrilişində Menderes və dostları edam zamanı Saraçhane meydanında nağara çaldılar. Kimlər? Tanklara yol açanlar. 15 iyul 2016-cı ildə tankların onlara səbəb olduğu zaman yenə Saraçhane idi. Türkiyə eşqi ilə Saraçhanedə görüşək”.
Saraçhane’nin hikayesi farklıdır!
27 Mayıs 1960 Darbesinde,
Menderes ve arkadaşlarının idamında,
Saraçhane Meydanı'nda davul çaldırdılar.Kimler❓
Tanklara yol açanlar
Tankların yol açtıkları
15 Temmuz 2016'da adresleri yine Saraçhane'ydiTÜRKİYE AŞKIYLA
SARAÇHANE’DE
BULUŞALIM pic.twitter.com/YpkKZfIPFP— Süleyman Soylu (@suleymansoylu) July 14, 2022