Press "Enter" to skip to content

Bosniya və Herseqovina 15 iyulla bağlı silsilə tədbirlər

Türkiyənin Sarayevo səfiri Sadık Babür Girgin

Son yeniləmə: 15 İyul 2022 12:51

Bayraqdar.info – FETÖ terror təşkilatının Türkiyədə 15 iyul 2016-cı ildə təşkil etdiyi çevriliş cəhdinin ildönümü ilə əlaqədar Bosniya və Herseqovinada müxtəlif anma proqramları keçiriləcək.

Balkan News xəbər verir ki, bu barədə Türkiyənin Sarayevo səfiri Sadık Babür Girgin bildirib.

Səfir Bosniya və Herseqovinada çevriliş cəhdinin altıncı ilində 15 İyul Demokratiya və Milli Birlik Günü proqramları haqqında məlumat verib: “Anadolu” agentliyinə danışan Girgin, “15 iyul Demokratiya və Milli Birlik Günü” çərçivəsində Sarayevo, Mostar, Banja Luka və bir sıra digər şəhərlərdə fəaliyyətlər keçiriləcək”, – deyib.

O əlavə edib ki, tədbirlərin mərkəzi paytaxt Sarayevo olacaq.

S.Girgin Yunus Emre İnstitutunda panelin keçiriləcəyini, 15 iyul temalı bəstəkarlıq müsabiqəsinin də mükafatlandırma mərasimi keçiriləcək.

Mission News Theme by Compete Themes.