Press "Enter" to skip to content

Volodimir Zelenskidən Türkiyəyə minnətdarlıq

Volodimir Zelenski

Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən taxıl koridoru toplantısında irəliyə doğru addım atıldığını deyib. Məlumata əsasən o, buna görə Türkiyəyə və BMT-yə minnətdarlıq edib.

Belə ki, o, iyulun 13-də Telegram hesabından yaydığı video- açıqlamada Ukrayna limanlarından taxıl tədarükünü təmin etmək üçün Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndə heyətləri arasında İstanbulda keçirilən dördtərəfli görüşü dəyərləndirib.

V.Zelenski Rusiya tərəfindən Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixracının qarşısının alınması ilə bağlı Türkiyədə keçirilən toplantının xəbərlərdə tez-tez xatırlandığına diqqət çəkib: “Biz dünya bazarına ərzaq tədarükünü bərpa etmək üçün həqiqətən əhəmiyyətli səylər göstəririk. Mən Birləşmiş Millətlər Təşkilatına və Türkiyəyə göstərdikləri səylərə görə minnətdaram. Bu hekayənin uğuruna təkcə dövlətimizin deyil, mübaliğəsiz bütün dünyanın ehtiyacı var”.

Mission News Theme by Compete Themes.