Press "Enter" to skip to content

Ukrayna Çeçenistanın müstəqilliyini tanıyacaq

İçkeriya. 1990-cı illər

Bayraqdar.info – Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı təcavüzü qarşı tərəfin döyüş meydanında rəşadətli dirənişi ilə yanaşı siyasi-diplomatik müstəvidə sərgilədiyi dəyanətlə də diqqət çəkir. İndi də bəlli olub ki, Ukrayna Rusiyanın bölücülüyə verdiyi dəstəyi uyğun şəkildə cavablandırmaq qərarına gəlib.

İyulun 11-də Ukrayna parlamentinin (Verxovna Rada) iki deputatı – Aleksey GonçarenkoMusa Magomedov yeni təşəbbüslə çıxış edib. Deputatlar İçkeriya Çeçen Respublikasının müstəqilliyinin tanınması üçün rəsmi müraciət təqdim ediblər.

Qeyd edək ki, bu haqda xəbəri A.Gonçarenko sosial media üzərindən paylaşıb.

Xatırladaq ki, hələ 1990-cı illərdə əfsanəvi lider Cohar Dudayevin başçılığı altında Çeçenistan özünün Rusiyadan müstəqilliyini elan etmiş, bu yolda minlərlə şəhid vermişdi. Lakin sonrakı illərdə C.Dudayevin öldürülməsi, Çeçenistana qarşı geniş miqyaslı müharibənin aparılması bu kiçik respublikanın hələ də Rusiyanın işğalı altında qalmasına səbəb oldu.

Hazırda Ramzan Kadırov adlı şəxs tərəfindən idarə edilən Çeçenistan, əslində bir xalq olaraq hələ də müstəqillik arzusu ilə yaşayır. Lakin Rusiyanın basqıları, eləcə də Çeçenistana başçılıq edən şəxsin Moskva qulluqçusu olması müstəqilliyə imkan vermir. Bununla belə çeçenlər dünyanın hər tərəfində öz müstəqil dövlətləri uğrunda mübarizə aparırlar. O baxımdan Ukraynanın Çeçenistanın müstəqilliyini tanıması üçün real səbəblər var.

Mission News Theme by Compete Themes.