Son yeniləmə: 14 İyul 2022 10:46
Bayraqdar.info – Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, KOBİA-nın İdarə Heyəinin sədri Orxan Məmmədov və səfir arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və Misir arasında birgə layihələrin icrasına, sahibkarların iştirakı ilə ortaq müəssisələrin yaradılması imkanlarına və qarşılıqlı biznes missiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb.