Son yeniləmə: 14 İyul 2022 13:48
Bayraqdar.info – Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu Kredi ve Yurtlar Genel Kurumunun (KYK) tələbələrə verdiyi maliyyə dəstəyi ilə bağlı açıqlama verib.
Kırım Haber Ajansının xəbərinə görə, o, qaytarılan KYK borclarının faizlərinin silinə biləcəyinə diqqət çəkib.
KYK borclarının faiz artımı ilə bağlı danışan nazir “Biz heç vaxt tələbələrin kredit borclarının faizinə görə gənclərimizi çətin durumda qoymamışıq. Sayın Cümhurbaşqanımız kabinet iclasında ətraflı açıqlama verəcək”, – deyib.