Press "Enter" to skip to content

Elektrik enerjisi istehsalı artıb

Son yeniləmə: 14 İyul 2022 18:17

Bayraqdar.info – Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyun aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 315,6 milyon kilovatt-saat, yəni 2,3 faiz artaraq 13520,5 milyon kilovatt-saat olub.

Bu barədə bayraqdar.info-ya iyulun 14-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 110,3 milyon kilovatt-saat artaraq 12357,8 milyon kilovatt-saat təşkil edib: “Yanvar-iyun aylarında SES-lər də daxil olmaqla digər bərpa olunan enerji mənbələrindən (KES,GES, BMTZ) 205,3 milyon kilovatt-saat, yaxud 21,4 faiz artımla 1162,7 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilib. Elektrik enerjisi istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədəSES-lərdə 199,3 milyon kilovatt-saat artaraq 970,6 milyon kilovatt-saat, digər mənbələr üzrə isə 6 milyon kilovatt-saat artaraq 192,1 milyon kilovatt-saat olub. Külək elektrik stansiyalarında 46,8 milyon kilovatt-saat, günəş elektrik stansiyalarında 30,7 milyon kilovatt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 114,6 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilib”.

Məlumata əsasən, 6 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12152,4 milyon kilovatt-saat (İES-lərdə 11252, milyon kilovatt-saat, SES-lərdə 899,6 milyon kilovatt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 210,9 milyon kilovatt-saat (İES-lərdə 120,4 milyon kilovatt-saat, SES-lərdə 62,2 milyon kilovatt-saat, GES-də 28,3 milyon kilovatt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32,7 milyon kilovatt-saat, müstəqil elektrik stansiyaları üzrə 1124,5 milyon kilovatt-saat təşkil edib.

Qeyd edilib ki, 2022-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinin ixracı 664,1 milyon kilovatt-saat, idxal isə 71,1 milyon kilovatt-saat olub: “Cari ilin iyun ayında isərespublika üzrə elektrik enerjisinin istehsalı 2276,3 milyon kilovatt-saat, idxalı 10,8 milyon kilovatt-saat, ixracı126, milyon kilovatt-saat təşkil edib”.

Mission News Theme by Compete Themes.