Press "Enter" to skip to content

Derviş Eroğlu reanimasiyadan adi palataya keçiriləcək

Dervis Eroğlu

Son yeniləmə: 14 İyul 2022 09:02

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) üçüncü Cümhurbaşqanı Derviş Eroğlunun səhhətində problem yaranması haqqında məlumat vermişdik. Bu arada isə onun ürəyindən əməliyyat olunduğu bəlli olub.

Derviş Eroğludan xəbər var

Bununla bağlı məlumatda deyilir ki, D.Eroğlu Yakın Doğu Universitetinin xəstəxanasında Prof. Dr. Aşkın Ali Korkmaz, Prof. Dr. Barçın Özcem və Yrd. Doç. Dr.Özlem Balcıoğlundan ibarət qəlb damar cərrahiyəsi heyəti tərəfindən əməliyyat olunub. Əməliyyat zamanı onun şah damarı açılaraq tıxac olan hissə təmizlənib.

İki saata yaxın davam edən əməliyyat uğurlu alınıb. Prof. Dr. Aşkın Ali Korkmaz D.Eroğlunun iyulun 14-də günorta saatlarında xəstəxanın reanimasiya şöbəsindən palataya keçirilə biləcəyini bildirib. O, D.Eroğlunun reanimasiyadan palataya buraxılmasından sonra 3-4 gün daha xəstəxanada qalacağını və vəziyyəti stabilləşdikdən sonra xəstənin evə buraxılacağını deyib.

Mission News Theme by Compete Themes.