Press "Enter" to skip to content

Altı ay ərzində 147 mindən çox arayış

Son yeniləmə: 14 İyul 2022 10:08

Bayraqdar.info – 2022-ci ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 147 min 574 elektron arayış alınıb.

Bu barədə bayraqdar.info-ya iyulun 14-də DSMF-dən məlumat verilib.

Bildirilib ki, bu arayışların 21 min 771-i pensiya, 111 min 497-si müavinət və təqaüd, 7 min 785-i fərdi şəxsi hesab üzrə olub.

O cümlədən, arayışların 1 min 696-sı ünvanlı dövlət sosial yardımı, 1 min 341-i torpaq pay mülkiyyətçisi, 1 682-si sosial sığorta şəhadətnamə nömrəsi, 383-ü şəhid ailəsi üzvü, 443-ü ünvanlı dövlət sosial yardımı ödənişləri, 632-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 281-i əlilliyi olan şəxslərə qulluq, 63-ü Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.

Mission News Theme by Compete Themes.