Son yeniləmə: 14 İyul 2022 14:00
Volodimir Zelenski: Rusiya işğal etdiyi ərazilərdə ukraynalıların zorla saxlanıldığı filtrasiya düşərgələri yaradıb
Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin 2 milyon ukraynalını zorla Rusiyaya apardığını bildirib. O, həmçinin bəyan edib ki, işğal olunmuş ərazilərdə on minlərlə insan filtrasiya düşərgələrində saxlanılır.
V.Zelenski bunu iyulun 13-də Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Asiya Liderlik Kofransına vidomüraciəti zamanı deyib.
Kırım Haber Ajansı xəbər verir ki, V.Zelenski çıxışında aşağıdakıları bildirib: “Bu rəqəmi təsəvvür edin – iki milyon insan. Bu qədər insanımızı Rusiyaya aparıblar. Bir neçə yüz min uşaq… Hazırda heç kim dəqiq rəqəmləri deməyəcək – bütün bu deportasiya edilmiş insanların əlaqə vasitələri yoxdur, şəxsiyyət vəsiqələri götürülüb, qorxudularaq Rusiyanın ucqar bölgələrinə aparılıb və bu, onların geri, öz vətənlərinə qayıtmasını daha da qeyri-mümkün edir”.
V.Zelenski həmçinin vurğulayıb ki, Rusiya işğal etdiyi ərazilərdə ukraynalıların zorla saxlanıldığı filtrasiya düşərgələri yaradıb. Düşərgələrdə on minlərlə insanın saxlandığını bildirən V.Zelenski “Gənc qadınlar orada yoxa çıxır. İnanıram ki, onların başına gələnləri başa düşürsünüz”, -deyib.