Press "Enter" to skip to content

Yeni Ramanada mərkəzləşdirilmiş içməli su şəbəkəsi

Yeni Ramana yaşayış massivində mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa olunur

Son yeniləmə: 13 İyul 2022 17:39

Bayraqdar.info – Bakıətrafı qəsəbələrdə, o cümlədən Sabunçu rayonunun Yeni Ramana yaşayış massivində mərkəzləşdirilmiş içməli su şəbəkəsi inşa olunur. İşlər Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci ilin Dövlət investisiya proqramına uyğun olaraq reallaşdırılır.

Bu barədə bayraqdar.info-ya iyulun 13-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, layihənin həyata keçirildiyi ərazidə indiyə qədər mərkəzləşdirilmiş şəbəkə mövcud olmayıb və sakinlərin içməli su təchizatı əhali tıərəfindən yaradılmış fərdi şəbəkələr vasitəsilə aparılıb: “Tikinti normalarına cavab verməyən şəbəkədə tez-tez baş verən qəzalar və hidravliki rejimlərin pozulması əhalinin susuz qalmasına, ciddi su itkilərinə səbəb olub, eləcə də suyun keyfiyyəti üçün risklər yaradırdı. Layihəyə əsasən Yeni Ramana yaşayış massivində müxtəlif diametrli borularla 4 km uzunluğnda içməli su şəbəkəsi yaradılacaq. Yeni yaradılan şəbəkədən 500-ə yaxın ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. İndiyədək içməli su şəbəkəsinin 2,8 km-lik hissəsi inşa edilib, 300 ünvana birləşmə verilib. Yeni mərkəzləşdirilmiş şəbəkələrin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin sistemə qoşulmasına imkan verəcək”.

Qeyd edilib ki, dövlət investisiyası hesabına 2022-ci ildə Saray, Binəqədi, Zabrat, Ramana, Bilgəh, Maştağa, Buzovna, Şağan, Mərdəkan, Qala, Şüvəlan, Binə qəsəbələrinin bir hisssəində içməli su layihələri icra olunacaq. Artıq Ramana, Şüvəlan və Bilgəh qəsəbələrində tikinti-quraşdırma işlərinə başlanılıb: “Digər qəsəbələrdə isə tikintiyə hazırlıq hazırlıq işləri davam etdirilir. Qeyd edək ki, Dövlət investisya proqramına uyğun olaraq qəsəbələrdə mərkəzləşdirilmiş su təchizatı sistemlərimərhələlərlə inşa olunur”.

Mission News Theme by Compete Themes.