Press "Enter" to skip to content

Qaraqalpağıstanda vəziyyət sabitləşir

Şavkat Mirziyoyev

Bayraqdar.info – Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov bildirib ki, Qaraqalpağıstanda vəziyyətin sabitləşməsi ilə bağlı olaraq Prezident Şavkat Mirziyoyev tətbiq edilmiş komendant saatının müddətini qısaltmaq qərarına gəlib.

Özünün sosial media hesabında bununla bağlı iyulun 13-də paylaşım edən Ş.Asadov bildirib ki, Qaraqalpağıstan Respublikasında vəziyyətin sabitləşməsini nəzərə alan Prezident burada iyulun 2-dən tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində komendant saatının 10 saatdan 6 saata endirilməsinə qərar verib.

Mətbuat katibi qeyd edib ki, yeni qərarla komendant saatı 23.00-da başlayıb 05.00-da bitəcək. Hazırda isə bu müddət 21.00-da başlayıb 07.00-da bitir.

Qeyd edilib ki, dəyişikliklə bağlı müvafiq Sərəncam artıq imzalanıb və Oliy Majlis palatalarına göndərilib.

Mission News Theme by Compete Themes.