Press "Enter" to skip to content

Qadınlardan “Hicaba yox” kampaniyası

"Hicaba yox" şüarları hər yerdə

Bayraqdar.info – İyulun 12-də ictimai fəallar və qruplar İranda molla rejimi tərəfindən qoyulmuş məcburi örtünmə tərzinə və hökumətin hicabla bağlı zorakılıq siyasətinə qarşı çıxmaq məqsədilə kampaniyaya başlayıblar.

İranlı xanımlar ictimai yerlərdə baş örtüklərini ataraq və bunun görüntüsünü sosial mediada “Hicaba yox” həştəgi ilə payaşaraq kampaniya keçirirlər.

“Hicaba yox” kampaniyasının 12 iyulda başlanması da təsadüf hesab edilməməlidir. Çünki bundan öncə sosial şəbəkələrdə bir çox mədəni və insan haqları fəalı vətəndaşlardan məcburi hicaba qarşı etiraz aksiyaları keçirmək üçün molla rejiminin “Hicab və iffət” günü adlandırdığı 12 iyul tarixini seçmələrini xahiş etmişdilər.

İranın müxtəlif qurum və dövlət rəsmiləri iyulun 12-də ən azı bir həftə ərzində “Hicab və iffət” layihəsinin təbliği və gücləndirilməsi ilə bağlı proqramlar həyata keçirməyi planlaşdırır.

Xəbəri “Azad İran” Telegram kanalı Iran International-a istinadla yayıb.

Mission News Theme by Compete Themes.