Son yeniləmə: 13 İyul 2022 10:10
Bayraqdar.info – “Nar” sağlam həyat tərzini təbliğ etmək məqsədilə aztəminatlı ailələrdən olan yeniyetmələr üçün boks təlimlərini keçirməyə davam edir. Builki təlimlərə 15 yeniyetmə qatılıb və mobil operator təlim iştirakçılarına peşəkar məşq üçün zəruri olan boks ləvazimatları bağışlayıb.
Bu barədə bayraqdar.info-ya verilən məlumata görə, təlimlər “Baku Fight Lab”in Azərbaycana dünya, Avropa və Olimpiya çempionları və mükafatçıları yetişdirmiş təcrübəli məşqçilərinin rəhbərliyi ilə keçirilir. Bu, təlimlərə qatılan yeniyetmələrin qarşısında peşəkar boksçu karyerası qurmaq üçün böyük imkan açır.
Qeyd edilən təlim “Nar” və “Baku Fight Lab” əməkdaşlığı çərçivəsində həyata keçirilir. Təlimlərin başlıca məqsədi aztəminatlı ailələrdən olan yeniyetmələrə dəstək olmaq və yaşadığımız cəmiyyət üçün sağlam ruhlu şəxslər yetişdirməkdir.