Son yeniləmə: 13 İyul 2022 11:24
Bayraqdar.info – “Breyn Rinq” intellektual bilik yarışının 19-cu mövsümü Nar komandasının çempionluğu ilə başa çatıb. Final mərhələsində hesabın 1:1 olmasına baxmayaraq, həlledici sualın cavabını tapan “Nar” “Kapital Bank”a qalib gələrək “Nar” kubokunun sahibi olub.
Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilik müsabiqəsi də bunlardan biridir.
Qeyd edək ki, “Breyn Rinq”in builki mövsümündə respublikanın paytaxtından 4, bölgələrindən və ali məktəblərindən isə 8 olmaqla 20 seçilmiş komanda mübarizə aparıb.