Press "Enter" to skip to content

“Lampa” xalçası

Son yeniləmə: 13 İyul 2022 13:26

Bayraqdar.info – Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Lampa” xalçasına həsr olunub.

Bu barədə bayraqdar.info-ya iyulun 13-də Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qarabağ tipinin Şuşa qrupuna aid “Lampa” və ya “Ləmpə” xalçaları “Ləçəkturunc” strukturu əsasında şaquli sistemə əsaslanmaqla tərtib olunub.

Qeyd edilib ki, bu xalçalar XIX əsrin I yarısında Şuşada, sonra Qarabağın bütün xalçaçılıq məntəqələrində toxunmağa başladı: “Şuşada böyük yaşayış evlərinin divar və tavanını bəzəmək zərurəti ilə meydana gəlib. Bir qayda olaraq, “Lampa” xalçaları dəst şəkildə: iki yan və bir ortalıq xalçası kimi toxunurdu. “Lampa” xalçalarının mərkəzində böyük səkkizkünclü göl səciyyəvidir. Onun yuxarı və aşağı hissələrində “Lampa” üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Ara sahənin gölə yaxın olan boş qalmış aralıqları tutuquşu təsviri ilə doldurulur. Xalçanın künclərində geniş kənarlı ləçəklər yerləşdirilir ki, bu da ara sahənin bədii tərtibatını zənginləşdirir”.

Mission News Theme by Compete Themes.