Son yeniləmə: 13 İyul 2022 15:24
Leonida Timuş: Bu gün sevimli ünyelilerin qarşısında çıxış edəcəyəm
Bayraqdar.info – “Bu gün Orduda, Ünyedə “Dünya dillərində Yunus Emre konserti” adlı musiqi proqramı ilə sevimli ünyelilerin qarşısında çıxış edəcəyəm. Düzü çox həyəcanlıyam. Bu həyəcanımı yaradıcılığıma hər zaman xüsusi diqqət ayıran bayraqdar.info oxucuları üçün də bölüşmək istədim”.
Bunu iyulun 13-də bayraqdar.info-ya özəl açıqlamasında əslən Moldovadan olan müğənni Leonida Timuş deyib.
Xatırladaq ki, damarında türk qanı axan Leonida Timuş 6 dildə danışa, 20 dildə mahnı oxuya bilir.
Türkiyənin müxtəlif bölgələrində konsertlər verən L.Timuş Yunus Emre sevdalısı kimi tanınır. Elə Ünyeyə çatar-çatmaz onun ziyarət etdiyi ilk yer də Yunus Emre təpəsindəki Yunus Emre türbəsi olub.
Məlumat üçün bildirək ki, Ünye rayon mərkəzi Qara dəniz Bölgəsində Mərkəzi Qara dəniz bölümündə yerləşir. Ordu şəhər mərkəzindən 61 km məsafədədir.
Ünye gözəl mədəniyyət tədbirlərinə, o cümlədən Beynəlxalq Mədəniyyət, İncəsənət və Turizm Festivalına ev sahibliyi edir. Bu il isə Ünye Bələdiyyəsinin təşkilatçılığı ilə 21-ci Beynəlxalq Mədəniyyət, İncəsənət və Turizm Festivalı keçiriləcək. 2 il davam edən pandemiya dövründən sonra yarımçıq qalan festival bu il rəngarəng tədbirlərə və konsertlərə səhnə olacaq.
L.Timuş bildirib ki, Ünye 21-ci Beynəlxalq Mədəniyyət, İncəsənət və Turizm Festivalı çərçivəsində xüsusi konsertər də keçiriləcək.
Artıq Ünye Cümhuriyyət meydanında tarixi ev konsepti ilə bazar qurulub. Yerli əl işləri, suvenirlər və ərzaq məhsullarının yer aldığı bazar ziyarətçilərin böyük marağına səbəb olarkən, axşamlar təşkil olunan konsertlərlə fərqli bir atmosfer yaradılır.
Belə konsetlərdən növbətisi isə bu gün, iyulun 13-də yerli vaxtla axşam saat 20:30-da olacaq. “Dünya dillərində Yunus Emre konserti” adlı konsert proqramında L.Timuş tamaşaçılarla görüşəcək.