Press "Enter" to skip to content

“Azerçay”dan “Əziz Şuşa”ya dəstək

Qaliblər kürsüdə

Son yeniləmə: 13 İyul 2022 15:14

Bayraqdar.info – Hər zaman ölkəmizi yerli və beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil edən “Azerçay” Şuşa ili çərçivəsində “Əziz Şuşa” adlı beynəlxalq velosiped yarışını dəstəkləyib.

Bayraqdar.info-ya verilən məlumata görə, Şuşada bayram ab-havasında keçirilən ilk idman yarışının dəstəkçisi olan “Azerçay” idmançılar, yerli və xarici qonaqlar üçün çay təminatını həyata keçirib. Bununla yanaşı yarış iştirakçılarına və qonaqlara “Azerçay”dan xüsusi hədiyyələr təqdim edilib.

Yarış iştirakçılarına və qonaqlara “Azerçay”dan xüsusi hədiyyələr təqdim edilib
Yarış iştirakçılarına və qonaqlara “Azerçay”dan xüsusi hədiyyələr təqdim edilib

Məlumata əsasən, 9-10 iyul tarixində Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışa 8 ölkəni təmsil edən13 komandadan ibarət 75 idmançı qatılıb: “Türkiyənin “Sakarya BB ProTeam” klubunun tərkibində yarışan Azərbaycan milli komandasının üzvü Elçin Əsədov qızıl, Özbəkistanın “ToşkentCity” klubun üzvü AkromjonSunnatov gümüş, Monqolustan komandasının üzvü İderboldBold isə bürünc medal qazanıb”.

“Azerçay” idmançılar, yerli və xarici qonaqlar üçün çay təminatını həyata keçirib
“Azerçay” idmançılar, yerli və xarici qonaqlar üçün çay təminatını həyata keçirib

İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini MarianaVasileva, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, AVF-nin vitse-prezidenti RobertEyyubov təqdim ediblər.

Mission News Theme by Compete Themes.