Press "Enter" to skip to content

Avropa qurumları ilə tərəfdaşlıq istiqamətləri

Görüş zamanı

Son yeniləmə: 13 İyul 2022 15:28

Bayraqdar.info – İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditlə görüşüb.

İqtisadiyyat Nazirliyindən iyulun 13-də bayraqdar.info-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının, xüsusilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, prioritet investisiya sahələrinin müəyyənləşdirilməsi üzrə işçi qrupunun yaradılması, özəl və dövlət sektorlarında sərmayə imkanları və potensial layihələr, həmçinin işğaldan azad edilmiş ərazilərimizin bərpası layihələrinin maliyyələşdirilməsi məsələləri müzakirə edilib.

Mission News Theme by Compete Themes.