Son yeniləmə: 8 İyul 2022 15:44
Bayraqdar.info – Avstriya parlamenti 11 iyul tarixini Srebrenitsa soyqırımı qurbanlarının xatirəsinin anım günü elan edən və soyqırımı pisləyən qanun layihəsini yekdilliklə qəbul edib.
Balkan News xəbər verir ki, qanun layihəsi Avstriyadakı Bosniya və Herseqovina Dərnəklər Assosiasiyası “Consilium Bosniacum” tərəfindən 2020-ci ildə irəli sürülən təşəbbüsün nəticəsi olaraq qəbul edilib. Qanun layihəsində Avstriya hökumətinə Srebrenitsa soyqırımını Avropa İttifaqına üzv digər ölkələrlə birgə qeyd etmək üçün səy göstərməyə çağırış edilib.
Qanun layihəsində Srebrenitsada baş verənlərin beynəlxalq məhkəmələr tərəfindən soyqırımı kimi qiymətləndirildiyi bildirilib.