Press "Enter" to skip to content

Sahibkar və menecerlər üçün Almaniyada ixtisasartırma kursu

Son yeniləmə: 8 İyul 2022 13:35

Bayraqdar.info – Azərbaycanlı sahibkar və menecerlərin növbəti qrupu Almaniyanın Ulm şəhərində beynəlxalq ixtisasartırma kursu keçiblər. Kurs “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində keçirilib.

Bu barədə bayraqdar.info-ya iyulun 8-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Qeyd edilib ki, iyunun 20-dən iyulun 2-dək hibrid formatda keçirilən ixtisasartırma kursunda iqtisadiyyatın müxtəlif sahələrdə fəaliyyət göstərən 22 sahibkar və menecerlər iştirak edib: “Eyni zamanda, sahibkar və menecerlərimiz aqrar, turizm, logistika, İKT, üzümçülük və şərabçılıq üzrə şirkətlərdə görüşlər keçirib, qabaqcıl təcrübə ilə yerində tanış olub, yeni əməkdaşlıq əlaqələri qurublar”.

O da bildirilib ki, Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Almaniya tərəfindən GİZ-in əlaqələndirici olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı” çərçivəsində indiyədək 500-ə yaxın sahibkar və menecer ixtisasartırma kursunda iştirak edərək, menecment sahəsində biliklərə, beynəlxalq təcrübəyə yiyələniblər. Proqrama qoşulmaq istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.