Press "Enter" to skip to content

Qida Festivalının növbəti ünvanı

Vüqar Bayramov

Son yeniləmə: 8 İyul 2022 09:52

Bayraqdar.info – Şəkidə, “Marxal” kompleksində Qida Festivalı keçirilib. Festival Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən icra olunan layihə çərçivəsində təşkil olunub.

Bu barədə bayraqdar.info-ya İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD)məlumat verilib.

Bildirilib ki, festivalda Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədriVüqar Bayramov çıxış edərək, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ölkənin müxtəlif regionlarında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi barədə məlumat verib. O, layihənin regionlarda yerli qida məhsullarının potensialının, eləcə də kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılması məqsədi daşıdığını bildirib.

Sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanın qədim və gözəl şəhərlərindən olan Şəkidə “Şəhər günü” bayram tədbirləri çərçivəsində Qida Festivalının keçirilməsinin heç də təsadüfi olmadığını deyib. O, gözəl təbiəti, dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri, nadir sənətkarlıq növləri, təkrar olunmayan mətbəxi sayəsində bu şəhərin yerli və beynəlxalq turizmin sürətlə inkişaf etdiyi bir əraziyə çevrildiyini bildirib.

Vüqar İskəndərov
Vüqar İskəndərov

Avropa İttifaqının nümayəndəsi Viktor Ginner çıxışında Azərbaycanın olduqca zəngin mədəniyyətə və mətbəx nümunələrinə malik olduğunu diqqətə çatdırıb.

Məlumata əsasən, Milli Məclisin deputatı Vüqar İskəndərov Şəkinin Azərbaycanda festivallar şəhəri kimi tanındığını deyib. Deputat hər il bu şəhərdə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi və digər festivalların şəhərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.

Məlumatda o da qeyd edilib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin məqsədi yerli fermerlərinin geniş aqrar və sahibkarlığa yönəlik məsləhət xidmətlərinə əlçatanlığının artırılmasına dəstək olmaq və yerli məhsulların bazarının inkişafına və aqro-turizm potensialının artırılmasına yardım etməkdir

Mission News Theme by Compete Themes.