Son yeniləmə: 8 İyul 2022 16:52
Bayraqdar.info – 2022-ci ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 9 faiz və ya 238 milyon manat çox olmaqla 2 milyard 806 milyon manat təşkil edib.
Bu barədə bayraqdar.info-ya iyulun 8-də qurumdan məlumat verilib.
Bildirilib ki, DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib. Yanvar-iyun aylarında bu daxilolmalarda 12 faiz və ya 236 mln. manat artım baş verib.
Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya 120 milyon manat artaraq 2 milyard 591 milyon manat olub.