Son yeniləmə: 8 İyul 2022 15:14
Bayraqdar.info – “Yeni təklif parlamentin qərarına tam uyğundur”.
Bunu Quzey Makedoniyanın Baş naziri Dimitar Kovaçevski bildirib.
Balkan News xəbər verir ki, baş nazir Fransanın Bolqarıstanın Aİ-yə üzvlük prosesində Quzey Makedoniyaya veto qoymasının aradan qaldırılması ilə bağlı yenilənmiş təklifinin parlamentdəki qərara tam uyğun olduğunu deyib.
Baş nazir Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel ilə birgə mətbuat konfransında gündəlikdəki məsələlər barədə danışıb.
Bolqarıstanla aparılan danışıqlarda bütün aspektlərdə dövlətin mövqeyinə sadiq qaldıqlarını vurğulayan D.Kovaçevski, ictimai maraqları və Makedoniya milli kimliyini qoruduqlarını ifadə edib.
D.Kovaçevski, “Makedon dilinin Avropada açıq və birmənalı qəbulu üçün mövqelərimizi müəyyən etdik.Təklifə daxil edilən Makedoniya dili tamamilə təmizdir və dipnotlar olmadan istənilən digər Aİ dillərinə bərabərdir. Biz illərdir mübarizə apardığımız şeyi əldə etdik”, – deyib.