Press "Enter" to skip to content

Şəkidə “Şəhər Günü”

Son yeniləmə: 7 İyul 2022 10:51

Bayraqdar.info – Azərbaycanın qədim sənət mərkəzlərindən biri Şəki növbəti möhtəşəm tədbirə hazırdır. Belə ki, qədim mədəniyyət mərkəzlərindən iyulun 7-də növbəti “Şəhər Günü” keçriləcək.

Daha doğrusu, Şəkidə “Şəhər Günü” münasibətilə silsilə tədbirlər keçiriləcək.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində şəhərin tarixi mərkəzində əyləncəli oyun və tamaşalar, konsert proqramları təşkil ediləcək, qala divarları daxilində yerli sahibkarların hazırladığı məhsulların satış-yarmarkası keçiriləcək.

“Şəhər Günü”nün rəsmi açılış mərasimi iyulun 7-də səhər saatlarında Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda olacaq. Rəsmi hissədən sonra Dövlət Sərhəd Xidmətinin hərbi orkestri konsert proqramı ilə çıxış edəcək. Bayram tədbiri qədim “Qala divarları”nın içərisində sərgi-satış yarmarkası ilə davam etdiriləcək. Gün ərzində digər yaddaqaln mədəni tədbirlər də nəzərdə tutulub.

Qeyd etmək yerinə düşər ki, Şəkidə “Şəhər Günü”nin iyulun 7-də keçirilməsi heç də təsadüfi deyil. Belə ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2021-ci il iyulun 7-də Şəkidə keçirilən təntənəli mərasimdə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat şəhər rəhbərliyinə təqdim olunub. Məhz həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər Günü” kimi qeyd olunması qərara alınıb.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.