Press "Enter" to skip to content

Fars-molla rejimi Güney Azərbaycanda evləri dağıdır

Dağıdılmış yurdlar

Bayraqdar.info – Güney Azərbaycanın sərvətlərini talayan İranın fars-molla rejimi Vərziğan bölgəsində kəndlilərin evini dağıdaraq mədənlərə birləşdirir.

İyulun 5-də Vərziğan bölgəsinin Kekavər kəndində Süngün mis mədənini genişləndirmək üçün kənd əhalisinin məcburi köçürülməsinə cəhd edilib.

Əhali şirkət rəhbərliyinin kənd evlərini dağıtmaq üçün cəlb etdiyi texnikanın kəndə girişinə mane olmağa çalışıb. Bu zaman əhali ilə polislər arasında qarşıdurma baş verib. Kənddə bir neçə ev uçurulub. Evi dağıdılan bir qadın infarkt keçirərək ölüb. Yalnız bundan sonra söküntü işləri dayandırılıb.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.

Mission News Theme by Compete Themes.