Press "Enter" to skip to content

Yeni subartezian quyusu

Son yeniləmə: 6 İyul 2022 10:25

Bayraqdar.info – İsmayıllıda yeni subartezian quyusu qazılır.

Bunu bayraqdar.info-ya açıqlamasında iyulun 6-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki,İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən yaşayış məntəqələrinin sel sularından mühafizəsini təşkil etmək üçün bir sıra tədbirlər görülür: “Hazırda rayon ərazisindən axan Sirsak çayda məcra təmizləmə işləri aparılır. Görülən işlərin məqsədi may ayında yağan yağışlarla bağlıdır. Belə ki, güclü yağış nəticəsində gələn sel suları xeyli daş-çınqıl gətirərək çay məcrasını doldurub. Çayın məcrasının təmizlənməsi nəticəsində yaxınlıqda olan Diyallı kəndi və əkin sahələri sel sularından mühafizə olunacaq”.

Məlumata əsasən bundan başqa idarə İsmayıllı rayonunda suvarma mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır: “Əhalinin suvarma və içməli suya olan təlabatını ödəmək üçün rayonda 5 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Hazırda onlardan biri ucqar kənd olan Vəng kəndində qazılır”.

D.Şərifov İsmayıllı rayonunda İsmayıllı Suvarma Sistemləri tərəfindən balansda olan torpaq məcralı kanalların lildən təmizlənməsi prosesi də davam edir: “Buna qədər artıq beton üzlüklü kanalların təmizlənməsi yekunlaşıb. Torpaq məcralı kanallar isə 70 km məsafədə təmizlənib. Bununlada suyun axını sürətlənib, suvarma suyu su istifadəçilərinə fasiləsiz olaraq çatdırılır. Qeyd edək ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi rayonda 9 min hektara yaxın suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması Aşıqbayramlı su anbarı, Yuxarı Şirvan kanalı, Göyçay çay, Axox çay, Cülyan çay, Talıstan çay, Əyriçay və Girdiman çay vasitəsilə həyata keçirilir”.

Mission News Theme by Compete Themes.