Son yeniləmə: 6 İyul 2022 11:54
Bayraqdar.info – İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Slavyan dilləri və ədəbiyyatı bölümünün Ukrayna dili və ədəbiyyatı kafedrasının səkkiz tələbəsi məzun olub.
Kırım Haber Ajansı xəbər verir ki, bununla bağlı mərasimə Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar, Ukraynanın İstanbuldakı baş konsulu Roman Nedilski, İstanbul Universitetinin rektoru Prof. Dr. Mahmud AK, İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Hayati Develi və müəllimlər qatılıb.
Ukraynadan olan müəllimlərə göstərdikləri səylərə görə təşəkkür edən səfir deyib: “Ukraynanın yeni “dil səfirləri” komandası tezliklə Ukrayna və Türkiyə arasında strateji əməkdaşlığın praktiki müstəvidə möhkəmlənməsinə kömək edəcək”.