Press "Enter" to skip to content

Oxşar qətliamlar, oxşar yanaşmalar

Seminar zamanı

Son yeniləmə: 6 İyul 2022 12:12

Bayraqdar.info – 1-5 iyul tarixlərində Bosniya və Herseqovinada beynəlxalq seminar keçirilib. Seminar çərçivəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) olan müəllimlər bosniyalı həmkarları ilə fikir mübadiləsi aparıb, həmçinin Bosniya və Herseqovinanın mühüm tarixi və turizm şəhərlərini ziyarət ediblər.

Məlumata əsasən, paytaxt Sarayevo Beynəlxalq Sarayevo Universitetində keçirilən proqramda iştirak edən Türk Tarix Qurumunun prezidenti Prof. Dr. Birol Çətin çıxışında qurum olaraq həqiqətin arxasınca getdiklərini və 92 ildir bu vəzifəni yerinə yetirməyə çalışdıqlarını bildirib.

O, həmçinin, “Bu, KKTC-dən olan tarix müəllimlərimizlə birlikdə beşinci proqramımızdır. Birincisini Kıbrısda həyata keçirdik. Sonra Türkiyədə seminar keçirdik, ondan sonra dörd aydır davam edən Kıbrısda seminar və Osmanlı türkcəsi kurslarımız var”, – deyib.

Bosniya-Herseqovina və Kıbrısda oxşar hadisələrin yaşandığına diqqət çəkən B.Çətin, “İnsanlığın çox dəyər itirdiyi zamanlar bu qırğınlara özünün mədəni olduğunu iddia edən ölkələrin səssiz qalması, hər zamankı kimi ikili standartlardan yanaşılma, əslində, çox oxşardır. Orada Birləşmiş Millətlər Təşkilatı var idi, burada da var idi”, – sözlərini əlavə edib.

KKTC-nin milli təhsil naziri Nazım Çavuşoğlu da qətliamlar arasındakı oxşarlıqları tarixçinin gözü ilə üzə çıxarmaq üçün texniki səfər təşkil edildiyini xatırladıb: “Biz KKTC olaraq tariximizi öyrətməyə, türk dostu olanlara tariximizi anlatmağa çalışırıq. Bundan əlavə, 1974-cü ildə uşaqlarımızın, körpələrimizin qətliamını obyektiv ola biləcək tarixçilərə çatdırmağa çalışırıq. Ancaq Sarayevoda həqiqətən də ürəyimiz ağrıdı, çünki bizimkilər də bunu hiss edirdilər. Coğrafiyalar dəyişir, göz yaşları həmişə eyni rəngdədir, öldürülən insanlardır, qatillər də insanlardır”.

Mission News Theme by Compete Themes.