Press "Enter" to skip to content

Nazirlikdən vətəndaşlara vacib müraciət

Elm və Təhsil Nazirliyi

Son yeniləmə: 6 İyul 2022 12:52

Bayraqdar.info – Təhsil Nazirliyi vətəndaşlara müraciət edib.

Nazirliyin mətbuat xidmətindən bayarqdar.info-ya verilən məlumata görə, müraciətdə deyilir: “Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. Təhsil Nazirliyi bildirir ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır”.

Müraciətdə həmçinin “Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi “Whatsapp” xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur”, – deyə əlavə edilib.

Mission News Theme by Compete Themes.