Son yeniləmə: 6 İyul 2022 10:04
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-a işgüzar səfər edib. Səfər çərçivəsində o, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) administratorunun müavinləri Aleksandr Sokolovski və Harry Bader ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, USAİD-in baş ofisində keçirilmiş görüşdə təşkilat və KOBİA arasında əməkdaşlığa və KOB-lara dəstək məqsədilə birgə layihələrin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.