Press "Enter" to skip to content

Kıbrıs türkünün mübarizəsinə Türkiyənin dəstəyi önəmlidir

Ersin Tatar Türkiyədən olan jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul edib

Son yeniləmə: 6 İyul 2022 15:43

Bayraqdar.info – “Kıbrısda iki dövlət var. Türkiyə Cümhuriyyəti bu adanın keçmişində və gələcəyində söz sahibidir”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türkiyədən olan jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

KKTC Cümhurbaşqanlığından bayraqdar.info-ya verilən məlumata görə, E.Tatar adada Kıbrıs türk xalqının varlığı uğrunda mübarizədə Türkiyə Cümhuriyyətinin dəstəyinin əhəmiyyətli olduğunu vurğulayıb.

Kıbrısda artıq federal əsasda həllin mümkün olmayacağının aydın olduğunu ifadə edən E.Tatar deyib:“Burada varlığımızın yeganə təminatı Türkiyə Cümhuriyyətinin qarantıdır və Türkiyə ordusunun adada çəkindirici qüvvə kimi olmasıdır. Yeni siyasət bunu da ehtiva edir. Biz burada iki xalqın rifahı üçün su, elektrik enerjisi və karbohidrogen ehtiyatlarını paylaşa bilərik”.

Mission News Theme by Compete Themes.