Press "Enter" to skip to content

Quzey Makedoniya: Azərbaycanın zəfəri Balkanlarda da təqdir olunur

Elvin Hasan

Son yeniləmə: 6 İyul 2022 11:19

Elvin Hasan: Qarabağdakı Zəfər Quzey Makedoniyadakı türk toplumunu da qürurlandırıb

Bayraqdar.info – “Hər bir xalq və toplum öz toprağında azad yaşamalıdır. Kimsənin, hansısa gücün xalqları öz toprağıından didərgin salmağa, topraqları işğal etməyə haqqı yoxdur. İşğallar qətiyyən qəbuledilməzdir”.

Bunu ötən həftə Bakıda səfərdə olan Quzey Makedoniyanın sabiq naziri, hazırda informasya və idaəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyasının Mərkəz Yönetim Kurulunun üzvü olan Elvin Hasan Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərini dəyərləndirərkən deyib.

Bayraqdar.info-ya özəl müsahibəsində E.Hasan bildirib ki, Azərbaycan hökumətinin, Prezidentinin, Azərbaycan Ordusunun bu haqlı davadakı qalibiyyəti, tarixi Zəfəri Balkanlarda da təqdir olunur, dəstəklənir və alqışlanır: “Qarabağdakı Zəfər bütün türk dünyasını, o cümlədən, Quzey Makedoniyadakı türk toplumunu da qürurlandırıb. İnanıram ki, qarşı illərdə bütün türk yurdlarına rifah gələcək. Təzyiq altında, yaxud da işğal edilmiş ərazilərdə yaşayanlar da sonunda öz müstəqilliklərinə qovuşacaqlar. Bu da türk dünyasının ümumi inkişafına əlavə təkan olacaq”.

“Qarabağda cərəyan edənlər bizə ümid verib. Uğurlarınızın davamını arzu edirik. İstəyirik ki, Azərbaycan daha da inkişaf etsin. Sonucda biz soydaşıq. Qardaş xalqıq. Aramızda məsafə olsa da, inanırıq ki, qarşıdakı illərdə müxtəlif qurumlar vasitəsilə əlaqələrimiz daha da dərinləşəcək”, – deyə o, əlavə edib.

Qeyd edək ki, E.Hasanın bayraqdar.info-ya geniş müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.