Son yeniləmə: 6 İyul 2022 09:23
Bayraqdar.info – İyulun 3-də yüksək təzyiq səbəbi ilə Yakın Doğu Universitetinin xəstəxanasına aparılan KKTC-nin 3-cü Cümhurbaşqanı Derviş Eroğlunun səhhəti ilə bağlı yeni xəbər var. Belə ki, onun ürəyinə İmplantasiya edilə bilən Kardiyoverter Defibrilator (İCD) taxıldığı məlum olub.
Bu barədə verilən məlumatda qeyd edilib ki, xəstəxananın Kardiologiya şöbəsinin müdiri Prof. Dr. Həmzə Duyğu və Prof. Dr. Levent Çeritin həyata keçirdiyi 40 dəqiqəlik müdaxilə əməliyyatı uğurla başa çatıb.
Prof. Dr. Həmzə Duygu, əlavə araşdırmalar nəticəsində ürək ritmində azalma və taxikardiya tutmaları aşkar edildikdən sonra Derviş Eroğluna qorunmaq üçün ICD taxıldığını açıqlayıb.
[…] Derviş Eroğludan xəbər var […]