Press "Enter" to skip to content

ABŞ-dan Özbəkistanın Qaraqalpağıstan hərəkatına tam dəstək

ABŞ Dövlət Departamenti

Son yeniləmə: 6 İyul 2022 09:11

Bayraqdar.info – ABŞ Qaraqalpağıstanda son günlər baş verən hadisələrlə bağlı narahatlığını bildirir və bütün tərəfləri zorakılıqdan çəkinərək bu gərginliyi dinc üsullarla həll etməyə çağırır.

Bu fikirlər ABŞ Dövlət Departamentinin iyulun 6-da bayraqdar.info-ya daxil olan açıqlamasındandır.

Dövlət Departamentinin sözçüsü Ned Praysın yaydığı açıqlamada daha sonra deyilir ki, ABŞ bu olaylarda həyatını itirmiş şəxslərin ailələrinə başsağlığı verir. Eyni zamanda yaralılara özünün xoş münasibətini ifadə edir.

“Biz Özbəkistanın demokratik islahatlar yönündəki cəhdlərini dəstəkləyirik. Rəsmiləri bütün təməl hüquqları, o cümlədən dinc nümayiş və ifadə azadlığı da daxil olmaqla Özbəkistanın beynəlxalq öhdəlikləri və vəzifələri çərçivəsində müdafiə etməyə çağırırıq”, – deyə açıqlamada bildirilir.

Açıqlamada Özbəkistan hökumətindən baş vermiş zorakılıqlarla bağlı beynəlxalq normalar çərçivəsində geniş və güvənli araşdırma aparması istənilir. Eyni zamanda əlavə edilir ki, ABŞ Özbəkistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı uzun müddətli dəstəyini davam etdirir.

Qeyd edək ki, bir neçə gün öncə qardaş Özbəkistana daxil olan Qaraqalpağıstan Respublikasında bəzi təxribatçı qüvvələr xalqı küçələrə tökərək qarşıdurmalara səbəb olub. Təhlilçilər bu hadisələrin arxasında Ukraynaya təcavüzü üzündən burnu ovulan Moskvanın dayandığını bildirir. Bununla bağlı siyasi şərhçi Azər Həsrətin də TV Musavatda geniş fikirlərinə yer verilmişdi.

Özbəkistanda baş verənlərlə bağlı ayrıntılı fikirlər – VİDEO

Mission News Theme by Compete Themes.