Son yeniləmə: 5 İyul 2022 10:16
Bayraqdar.info – İyulun 15-dən etibarən Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək. Onlar BMT İnkişaf Proqramının (BMTİP) dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinintərəfdaşlığı ilə rayonlarda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində bu xidmətlərdən yararlana biləcəklər.
Bu barədə bayraqdar.info-ya iyulun 5-də BMTİP-in Azərbaycan ofisindən məlumat verilib.
Bildirilib ki, ödənişsiz hüquqi xidmət BMTİP-nin “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində həyata keçirilir: “Layihənin əsas məqsədi Azərbaycan Hökumətininhüquqi xidmətləri hər bir ölkə vətəndaşıüçün əlçatan edə bilmək istiqamətində gördüyü işlərə dəstək olmaqdır. Hazırda Ağcabədi, Biləsuvar, Bərdə, Sumqayıt, Neftçala, Masallı, Xaçmaz, Sabirabad, Salyan, Qusar, Zaqatala, Tərtər, Füzuli rayonlarındavə Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzlərifəaliyyət göstərir”.
Qeyd edilib ki, layihə çərçivəsində, həmçinin regionlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində də fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulub: “İlk təlim kursu 4-5iyul tarixlərində Masallıda təşkil olunub. 14 rayonun hüquqşünaslarının iştirak etdiyi bu təlimçilərin təlimi kursu inzibati və mülki hüquq üzrə pulsuz xidmətlərin göstərilməsinə həsr olunub. Təlimə cəlb edilmiş hüquqşünasların 5 ay müddətinərayonlarda vətəndaşlara ödənişsiz hüquqi xidmətlər göstərməsi nəzərdə tutulub”.