Press "Enter" to skip to content

Siyasi məsləhətləşmələrin növbəti iclası

Azərbaycan-Yaponiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 12-ci iclası keçirilib

Bayraqdar.info – İyulun 4-də Azərbaycan-Yaponiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 12-ci iclası keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, Yaponiya tərəfini isə Yaponiyanın xarici işlər nazirinin köməkçisinin müavini, XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi, səfir Touda Şuiçi təmsil edib.

Bu barədə bayraqdar.info-ya iyulun 5-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, iclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb: “Tərəflər, həmçinin Azərbaycan ilə Yaponiya arasında energetika, alternativ enerji, iqtisadiyyat, humanitar və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında müzakirilər aparıblar. Görüş zamanı Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə qarışıqlı təbriklər çatdırılıb”.

Qeyd edilib ki, nazir müavini E.Məmmədov post-münaqişə mərhələsində bölgədə mövcud yaranmış vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verilib.

Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.