Son yeniləmə: 5 İyul 2022 11:04
Adika İqbal: Komitə Türk və Azərbaycan diasporlarının bir yumruq kimi birləşməsi istiqamətində uğurlu missiya həyata keçirir
Bayraqdar.info – ABŞ-ın Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatı yaradılmasnın 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini (DİDK) təbrik edib.
Bu barədə bayraqdar.info-ya DİDK-dən bildirilib.
Məlumata əsaəsn Azərbaycanın Dostları Təşkilatının sədri Adika İqbalın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi diaspor siyasəti əsasında təşkilatlanan dünya azərbaycanlıları planetimizin hər tərəfində vətənimizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırır:“Son illərdə isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrindən tutmuş hər bir əməkdaşının Türk və Azərbaycan diasporlarının bir yumruq kimi birləşməsi yolunda həyata keçirdiyi missiya uğurla icra olunmaqdadır. Komitə dünyanın hər bir guşəsində yaşayan vətəndaşlarımızın, diaspor təşkilatlarının Azərbaycan və dost dövlətlərin birliyi, həmçinin xarici siyasətçilərlə əlaqəsi baxımından fəaliyyətini yüksək səviyyədə koordinasiya edir”.
“Hörmətli Fuad müəllim! Diasporla iş üzrə Dövlət Komitəsinin yaranmasının 20 ili münasibətilə Sizi, həmkarlarınızı və dünya azərbaycanlılarını ürəkdən təbrik edir, müstəqil Azərbaycan dövləti naminə çoxşaxəli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram”, – deyə məktubda daha sonra qeyd edilib.