Press "Enter" to skip to content

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşulub

Son yeniləmə: 5 İyul 2022 08:45

Bayraqdar.info – “Nar” KSM istiqamətində gördüyü işləri yeni mərhələyə qaldıraraq dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşulub.

“Nar”ın icraçı direktoru Qunnar Pankenin bildirdiyinə görə, BMT-nin Qlobal Sazişində iştirak etməklə “Nar” sosial, iqtisadiyyat və insan rifahıüzrə korporativ məsuliyyətinidaha da sistemləşdirməyi hədəfləyir.

“Uzun illərdir ki, davamlı inkişaf və məsuliyyətprinsipini rəhbər tutan bir şirkət olaraq BMT Qlobal Sazişinin bir hissəsi olmaqdan qürur duyuruq. Cəmiyyətə faydalı olmaq üçün etdiyimiz KSM layihələr ilə daha yaxşı gələcəyə öncüllük edəcəyimizə inanırıq. Bu sazişə qoşulmağımız da yolumuza sadiqliyin nümunəsidir”, – deyə o qeyd edib. “Azərbaycan cəmiyyəti getdikcə qlobal davamlılığa ümumi prioritet kimi yanaşır və bu yanaşma cəmiyyətin bütün kəsimlərini – fərdi, ailə, dövlət və müxtəlif ölçülü biznesləri və sənaye müəssisələrini əhatə edir. “Azerfon” şirkətinin BMT-nin Qlobal Sazişi üzrə öhdəlikləri buna əyani sübutdur. Bunlar hələ qarşıda duran mühüm hədəflər olduğundan, mən əminəm ki, “Nar”, onun rəhbərliyi və bütün şirkət əməkdaşları Azərbaycanda korporativ davamlılığın nümunəvi şəkildə formalaşması və təşviqində aparıcı mövqe tutacaq”, – deyə BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bildirib.

Bayraqdaq.info-ya bu barədə verilən məlumatda deyilir ki, BMT Qlobal Sazişinin 10 prinsipini KSM strategiyasına, əmək siyasətinə və müxtəlif prosedurlarına tətbiq etməklə bu sazişə qoşulan şirkətlər cəmiyyət və planet qarşısında məsuliyyətlərini qoruyurlar. “Nar” üçün Qlobal Sazişin dayanıqlı inkişaf prinsiplərinin ən önəmli maddələrindən olan insan hüquqları, əmək və ətraf mühit sahəsində öhdəliyi xüsusi əhəmiyyət kəsb edir. BMT Qlobal Sazişində Azərbaycanı təmsil edən ilk telekommunikasiya şirkəti olaraq, “Nar” təhsilin inkişafına dəstək, işçilər üçün rahat əmək şəraitinin yaradılması,gender bərabərliyi istiqamətindəlayihələrə dəstək verilməsinə fokuslanır.

Mission News Theme by Compete Themes.