Son yeniləmə: 5 İyul 2022 10:22
Bayraqdar.info – İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bu barədə bayraqdar.info-ya iyulun 5-də Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, 2022-ci il üzrə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq.
Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.